Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Məşhur türk tarixçi: “Rusiya heç vaxt imkan verməz ki...”
Məşhur türk tarixçi: “Rusiya heç vaxt imkan verməz ki...” |
“Azərbaycanın səbirli siyasəti Ermənistanın axırına çıxacaq”
ABŞ-ın Viskonsin Universitetinin tarix kafedrasının 90 yaşlı professoru Kamal Karpat İstanbulda APA-nın suallarını cavablandırıb - 1905-ci ildən başlayan erməni hücumları nəticəsində Azərbaycan türkləri indiki Ermənistan ərazisindən qovuldu, 1988-ci ildən başlayan erməni separatçılığı və təcavüzü isə Azərbaycan torpaqlarının 20%-nin işğalına, 1 milyona yaxın insanın isə öz torpaqlarından qovulmasına səbəb oldu. Sizcə, bu vəziyyət nə qədər davam edə bilər? Erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağa kim məcbur etməlidir? - Hər şeyi yaxından izləyirəm, hər şeydən xəbərim var. Bu işğalı təşkil edən müəyyən mənada Rusiyadır və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində də Rusiyanın rol oynaya biləcəyini düşünürəm. Bundan əlavə, kənardan çox güclü təzyiqlərin olması lazımdır ki, bunların içində ən önəmli təzyiqi Türkiyə göstərir. Türkiyənin sərhədləri qapalı saxlaması, embarqo tətbiq etməsi, diplomatik münasibətlər yaratmaması Ermənistanı müdhiş dərəcədə zəiflədir. Ermənistan bu durumu uzun müddət davam etdirə bilməz, çünki Azərbaycan getdikcə güclənir, Ermənistan isə getdikcə zəifləyir. Oranın əhalisi 5 milyondan 3.5 milyona düşüb. Məncə, bu şərtlərdə Azərbaycanın aparacağı ən yaxşı siyasət səbirli olmaq, Qərb ölkələrini öz tərəfinə çəkmək və eyni zamanda Ermənistanın müqavimət göstərməsinin səbəbinin hələ də Rusiya olduğunu görmək və Rusiyanın Qafqazda hələ də Ermənistandan istifadə etmək istəməsini dünyaya başa salmaqdır. Azərbaycan da Rusiya ilə yaxşı yola getmək məcburiyyətindədir, ancaq bu işi də ustalıqla həyata keçirə bilər. Ancaq nəticədə bu işləri həll edə biləcək olan qüvvə ABŞ-dır. Düzdür, Rusiyanın gücünü də qəbul edirik, lakin ABŞ-ın dəstəyi olmadan Ermənistan heç vaxt özünə gələ bilməzdi. Ermənistana ən böyük maddi dəstəyi ABŞ-dakı erməni diasporu verir, yoxsa ABŞ-ın erməniləri sevməsindən söhbət gedə bilməz. ABŞ-ın mənafeyi Azərbaycanladır, çünki Azərbaycanın təbii sərvətləri var. Ona görə də Azərbaycan ABŞ-a mümkün qədər yaxın durmağa çalışmalıdır ki, bu da əsasən Türkiyə yoluyla olmalıdır. Azərbaycan çoxtərəfli və səbirli siyasət yürütməlidir, silahdan heç istifadə etməməlidir, çünki silahdan istifadə edərsə, hər kəs Azərbaycanın əleyhinə dönər. Rusiya heç vaxt Azərbaycanın Ermənistanı məğlub etməsinə imkan verməz, çünki Ermənistan Rusiya üçün böyük hərbi bazadır. Bu, təkcə Azərbaycan-Ermənistan problemi deyil, Rusiyanın əsas mənafeyinin, 300 illik siyasətinin qalıntısıdır. Ona görə də Azərbaycan hər addımını atarkən bu məsələləri göz önündə tutaraq diqqətli hərəkət etməlidir - həyəcanlanmadan, əsəbiləşmədən, səbirlə, addım-addım. Bunun üçün Azərbaycanın xaricdə münasibətlərini düzgün qurmasına ehtiyacı var, Azərbaycanın xaricdəki “piar”ı əskikdir. Xaricdə insanlarla danışıb onları inandırıb öz tərəfinə çəkə biləcək insanlara ehtiyacı var. Bunu edəcəyinə inanıram, çünki Azərbaycanın ən böyük şansı təbii ehtiyatlarının çox olmasıdır. Bugünkü dünyada pulun önünə heç bir şey çıxa bilməz. Pul çox yaxşı bir xidmətçi, çox pis bir ağadır. Puldan düzgün istifadə etməyi bilmək lazımdır. Azərbaycan bu işdə qalib gələcək, mən ümidliyəm. Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll ediləcək, yurd-yuvasından didərgin düşmüş 1 milyon insan ev-eşiyinə mütləq dönəcəkdir. Bölgədəki başqa bir problem İrandır... - Mən də onu soruşacaqdım. Sizin nöqteyi-nəzərinizdən İranın bölgə üçün yaratdığı əsas problem nədir? - Öz təhlükəsizliyi üçün Azərbaycanı işğal etməyə gücü çatmasa da, İran dini-mədəni baxımdan Azərbaycanda hakim olmaq istəyir. Hələ Rəfsəncaninin vaxtında İran Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri qurmamasına çalışırdı, burada şiəlik faktorundan istifadə etməyə çalışırdı. Cənubi Azərbaycandakı türkləri şiəlik məsələsiylə ələ alaraq farslaşdıran İran, eyni şeyi Şimali Azərbaycanda da etmək istəyir, bunu öz təhlükəsizliyi naminə etməyə çalışır. İranın ən böyük qorxusu budur; öz torpaqlarındakı Azərbaycan türkləri öz milli kimliklərini tapıb etnik cəhətdən inkişaf etməsinlər, müstəqil olub Şimali Azərbaycanla birləşməsinlər. Ona görə də şiəlik yoluyla oradakı Azərbaycan türklərini farslaşdırır. Bu, bölgədə ciddi bir problem olaraq qalmağa davam edir. - İran uzun illərdən bəri Ermənistana da dəstək verir... - Təbii. Sovet ittifaqı dağılandan bəri İran fasiləsiz şəkildə Ermənistanı dəstəkləyir. Ortada müsəlmançılıq filan yoxdur, İran bu məsələlərə əhəmiyyət vermir, öz mənafeyini ön planda tutur. Geri dön |