Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Borçalı, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Azərbaycan Gürcüstanı strateji tərəfdaşı kimi qəbul edib
Fərəc Quliyev: Azərbaycan Gürcüstanı strateji tərəfdaşı kimi qəbul edib |
“Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb. “Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb”, - deyə məlumatda qeyd edilir. Xatırladaq ki, ötən ilin iyulunda “Keşikçidağ” olayı yaşanmışdı və bu Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi zərbə vuracaq bir həddə çatmışdı. Hətta məsələni həll etmək üçün komissiya belə yaradılmışdı. Amma görünən odur ki, bu məsələ hələ də öz həllini tapmayıb. Bütün bunlar da haqlı olaraq, ciddi suallara yol açır. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında məsələnin həll edilməsinin vacibliyindən söz açdı: “Bu hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmi açıqlaması var ki, orada heç bir təxribat xarakterli hadisə baş verməyib. İndiyə qədər bu istiqamətdə baş verənləri nəzərə alsaq, təxribat xarakterli bu cür hadisələrin qarşısını almaq vacibdir. Məsələni bir neçə istiqamətdə dəyərləndirmək mümkündür. Bu, özbaşına bir qrup tərəfindən olubsa, dövlətə heç bir bağlılığı yoxdursa, siyasi bir mahiyyətli deyilsə, nəzərə almaq lazımdır ki, dünyanın hər bir yerində belə hadisələr olur. Dövlət Sərhəd Xidməti funksiyasını yerinə yetirib, bundan sonra da yerinə yetirəcək. İkinci bir məsələ odur ki, bu təxribat Gürcüstanda yaşayan ermənilər tərəfindən təşkil edilə bilər. Bu qrupun tərkibi məhz bu kontingentdən ibarətdirsə, onlar daha çox Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirmək üçün belə edirlər. Üçüncü baxış odur ki, bu, Gürcüstanda millətçi kəsim tərəfindən də edilə bilər. Bu baxışdan başlasaq, doğrudan da bu Gürcüstan dövlətinə bağlı olan millətçilər tərəfindən edilibsə, bundan sonra belə hallar gözlənilirsə, nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərə bu zərbə vura bilər. Qaldırılan iddialar absurddur. Azərbaycan Gürcüstanı strateji tərəfdaşı kimi qəbul edib, hər zaman öz dost münasibətini sərgiləyib. Gürcüstanın enerji məsələlərində Azərbaycanın iştirakı, ona ucuz enerji satması, pis vəziyyətdə qaldıqları dönəmlərdə ölkəmizin onlara sahib çıxması, orada yaşayan 600 min soydaşımızın bütün dövrlərdə Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşması, Gürcüstan-Rusiya müharibəsində dövlətlərinin yanında olmaları onu göstərir ki, bütün məsələlərdə bu ölkənin yanında olmuşuq. Hər zaman çalışılıb ki, Gürcüstan tərəfdən məmnunluq olsun. Amma fərqli davranışların şahidi oluruqsa, bu bütün danışıqlarda üzə çıxarılmalıdır. Əgər erməni qruplar məsələni gərginləşdirirlərsə, Gürcüstan tərəfə anlatılmalıdır ki, Ermənistanın Gürcüstan siyasətində Axalkalaki ərazisinin Ermənistana birləşdirilməsi kimi istəkləri var. Saakaşvili dönəmində separatçılığın başında duran şəxslər belə, həbs olunmuşdu. Hakimiyyət dəyişikliyindən sonra onlar azad olundular. Amma Ermənistanın Gürcüstana ərazi iddiası qalır. Əgər təsadüfi qruplar belə təxribatları ölkəmizə qarşı edirlərsə, Gürcüstan sərhədçiləri Azərbaycana çatana qədər həmin qrupları zərərsizləşdirməlidirlər. Bütün hallarda biz ərazilərimizi tamamən qorumaqda, onları Azərbaycan ərazisi kimi saxlamaqda, orada asayişi təmin etməkdə qətiyyətli olduğumuzu bildirməliyik. Amma bunun dinc, anlaşma yolu ilə olmasına çalışmalıyıq. Bizim partiyanın Borçalı Departamenti var. Belə məsələləri siyasətimizdə mütləq nəzərə alırıq”. Cavanşir ABBASLI/“Yeni Müsavat” Geri dön |