Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran xəstəxanalarının tibbi personalı ölkəni tərk edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sağlıq > İran xəstəxanalarının tibbi personalı ölkəni tərk edir

İran xəstəxanalarının tibbi personalı ölkəni tərk edir


İran xəstəxanaları ölkəni tərk edən tibb bacılarının çatızmazlığını hiss edir. Bunu Xəstələrə qulluq üzrə Şuranın rəhbəri Qəzənfər Mirzəbeyqi deyib.Bu barədə "Teheran Emruz" qəzeti yazır.

Onun sözlərinə görə, tibb bacıları əməkhaqqının az olması, xaricdə onlara daha çox məvacib ödənilməsi səbəbindən ölkəni tərk edirlər.

Şura rəhbərinin sözlərinə görə, bir sıra qonşu ölkələrdə tibbi personala 2000 dollar məvacib ödənilir.

Mirzəbeyqi qeyd edib ki, beynəlxalq standartlara uyğun olaraq, hər xəstəxana çarpayısına azı iki tibb bacısı düşməlidir, İranda isə bu göstərici iki dəfə azdır.

Bir müddət əvvəl Tibb bacılarının işləri üzrə Şuranın katibi Sadiqə Səlimi bildirib ki, İranı gün ərzində 40-a yaxın tibb bacısı tərk edir və xəstəxanalarda böhranlı vəziyyət yaranıb.

Onun sözlərinə görə, İranda tibb bacılarının ən aşağı məvacibi 380 dollara yaxın təşkil edir. İranlı tibb bacılarının getdikləri ABŞ, Kanada və Avstraliyada isə orta aylıq əməkhaqqı 2500 dollarla 4000 dollar arasındadır.

Geri dön