Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda koronavirusa yoluxmuş 200-dək insan xəstəxanada müalicə üçün növbə gözləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistanda koronavirusa yoluxmuş 200-dək insan xəstəxanada müalicə üçün növbə gözləyir

Ermənistanda koronavirusa yoluxmuş 200-dək insan xəstəxanada müalicə üçün növbə gözləyir


Ermənistanda koronavirusa yoluxmuş 200-dək insan xəstəxana müalicə olunmaq üçün növbə gözləyir. İki nəfər isə reanimasiyada yer olmaması səbəbindən ölüb.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistanda səhiyyə sistemi o qədər yüklənib ki, xəstəxanalar artıq pasiyentləri qəbul edə bilmir.

“Acı həqiqətdir ki, təcili tibbi yardımın gecikməsi səbəbindən insanlar koronavirusdan dünyasını dəyişir”, - deyə o bildirib.

Baş nazir deyib ki, reanimasiya şöbələrində yer olmadığı üçün ümumi palataya yerləşdirilmiş 2 pasiyent koronavirusdan ölüb.

“Bütün ciddi səylərimizə baxmayaraq, ölkə çox acınacaqlı vəziyyətə düşüb”, - deyə N.Paşinyan vurğulayıb.

Geri dön