Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanafobiya qüvvələrinin açıq və gizli narahatlıqlarının səbəbləri
Azərbaycanafobiya qüvvələrinin açıq və gizli narahatlıqlarının səbəbləri |
Birinci yazı: “Parçalanmadan-bütövləşməyə” devizi ilə dövlət immunitetimizi qura bilərik. Hegemonluq yarışında bəzi alətlər yerini dəyişib və bu dəyişmə davam edir. Mülkiyyət və güc anlayışlarının xüsusiyyəti zamanla dəyişməkdədir. İndiyə qədər daha çox iqtisadi gücə malik dövlətlərin siyasi ambisiyalarını milli sərhədlərdən uzaqlarda təmin edəcəyi gözlənilən idi. Bu əslində klassik yanaşma idi. Ona görə iqtisadi gücü artan dövlətlərə potensial siyasi ambissiyalı rəqib və təhdid qaynağı baxışı vardı. Son zamanlar milli sərhədlər daxilində daha çox təhlükəsizlik və rifah təmin etmə siyasəti üstünlük qazanır. Belə dövlətlər kənara hər hansı səbəbdən daha çox vəsait yatırmanı, buffer siyasətini çox da məmnunluqla qəbul etmirlər. Əlbəttə xüsusi bir hal olmazsa. İndi iqtisadi güclənən dövlətdən daha çox kasıb dövlətlərin təhdid qaynağı olması müzakirə mövzusudur. Gözlənilməz miqrasiyalar, ucuz işçi qüvvəsinin köç etdiyi ölkələrdə yerli əhalini işsiz qoyma ehtimalları və sosial gərginliklər narahat edici faktorlardır. Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ölkəmizin iqdisadi inkişafı həm suverenliyin qorunması baxımından, həm də müsətil siyasət yürütmək imkanlarını artırdığından digər dövlətlərin orbitində peyk dövlət olmaq statusundan sığortalanır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı doğru xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycanın kilid ölkə olaraq qurucularından olduğu Yeni İpək Yolu layihəsi həm qurudan həm dənizdən 72 ölkəni maraqlandıran bir qlobal inteqrasiya layihəsi olaraq misal göstərilə bilər. Bunu anlayan, yeni çağırışlara adekvat siyasət yürüdən dövlətlər “iqtisadi güclü, siyasi ambisiyasız” middle power ölkələrə, o cümlədən Azərbaycana təhdid qaynağı və yem kimi baxmaqdan tədricən imtina edəcəklər. Amma təəssüf ki, yeni dünya düzənində öz resursları və siyasəti ilə yeni çağırışlara adekvat cavab vermək istəməyən və ya verə bilməyən “zorbalıqla –rahatlıq” devizinin vurğunlarının basqısı gözləniləndi. Azərbaycan islahatlar xəttini və yeni ekosistemi (iqtisadi sistemi) hədəf götürməklə doğru yoldadır. Azərbaycanafobiya qüvvələrinin açıq və gizli narahatlıqlarının səbəblərindən biri məhz budur. Dünyadakı yeni təməl trendləri baxımından "informasiya və biliklərə əsaslanan məhsullar" əsaslı yeni iqtisadiyyat, həyatın və dövlətin yeni təbiətini müəyyənləşdirir. "Qaynaq və paylaşım böhranı", "istehsal-istehlak-böyümə" düsturunun keçərsizliyi, "enerji, su və qida etibarsızlığı", həyatın hər sahəsində "4. ölçüyə keçiş ", sərt gücdən yumşaq gücə keçid təməl istinadlar olaraq formalaşır. Bütün bu təməl parametrlər içərisində, texnologiyadakı yeniliklər, süni zəka, virtual artırılmış reallıq və mobillik mərkəzli inkişaf bütün insan həyatını və təbiətini dəyişdirməyə namizəddir. "Sənaye 4,0" və "Cəmiyyət 5,0" anlayışlarının dünyanın taleyini dəyişmək baxımından əhəmiyyəti aşkardır. Bütün bunlar, "təhlükəsizliyin ekosistemi" -iqtisadi sistemidir. Bizi təhdid edənlərə biz doğru iqtisadi, daxili, xarici, hərbi siyasət yürütmək və ən əsası cəmiyyət olaraq “parçalanmadan-bütövləşməyə” devizi ilə güclü olmaqla dövlət immunitetimizi qura bilərik. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Geri dön |