Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > UGAK-ın "Bakı Forumu" keçirilib - FOTO
UGAK-ın "Bakı Forumu" keçirilib - FOTO |
Tədbirin iştirakçıları repressiyalara və İran hökumətinin biganəliyinə etiraz ediblər
Oktyabrın 19-da “Ambassador Hotel”də Uluslararası Güney Azərbaycan Konseyi (UGAK) “Güney Azərbaycan gerçəkləri və UGAK-ın hədəfləri” mövzusunda forum keçirib. Forumda uzmanlar, millət vəkilləri, tanınmış ziyalılar, müxtəlif partiya və QHT yetkililəri, səfirliklərin nümayəndələri, konsey üzvləri, KİV nümayəndələri iştirak ediblər. Toplantını açan UGAK-ın İdarə Heyətinin üzvü Mərdan Seyidbəyli forumun gündəliyi, UGAK-ın həmtəsisçisi, tarixçi-alim Firudin Cəlilov isə, konsey haqqında qısa bilgilər verəndən sonra mövzu ətrafında məruzə və çıxışlar olub. Xarici ölkələrdə yaşayan güneyli konsey üzvləri də virtual olaraq (skaypla) toplantıya qatılıblar. Forumda məruzə və çıxış edənlər Güney Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyası durum üzərində dayanıblar. İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da, dini pərdə altında hakimiyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqlarının əllərindən alınması, ana dilində təhsilə yasaq qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər haqqında danışan natiqlər, Urmu gölünün qurudulması nəticəsində yaranacaq ekoloji fəlakət və Qaradağ mahalındakı son zəlzələ ilə bağlı hakimiyətin biganəliyi və evsiz qalan on minlərlə insanın faciəli durumundan da söhbər açıblar. Forumda qeyd olunub ki, Güney Azərbaycan türklərinin belə acınacaqlı durumu həmişə dünya mediası və super dövlətlərin diqqətindən kənarda qalır. Ancaq o da vurğulanıb ki, yanlız son dönəmlərdə Azərbaycan türklərinin ikiyə bölünmüş xalq kimi önəmli qurumlarda gündəmə gəlməsi bir şansdır və bundan yararlana bilmək üçün bu yöndə təbliğatı gücləndirmək lazımdır. Toplantının sonunda Forum adından bəyanat qəbul olunub. Geri dön |