Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanın Kənd Təsərrüfatı Təşkilatının rəhbəri “Liqvan” pendirinə qarşı təxribata reaksiya verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanın Kənd Təsərrüfatı Təşkilatının rəhbəri “Liqvan” pendirinə qarşı təxribata reaksiya verib

Şərqi Azərbaycanın Kənd Təsərrüfatı Təşkilatının rəhbəri “Liqvan” pendirinə qarşı təxribata reaksiya verib


Yerli “Təbrize-Bidar” xəbər saytının məlumatına görə, Fəthi pendirin sanitar normalara uyğun olmayan şəraitdə istehsal edilməsi iddialarını yalanlayıb.





"Rəqiblər sadəcə Təbrizdə deyil, dünyada məşhur olan “Liqvan” pendirini gözdən salmaq üçün belə əxlaqsız hərəkətlərə əl atır,” deyə o qeyd edib.





Qeyd edək ki, iyunun 4-də İran Dövlət Televiziyasının “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” verilişinin aparıcısı “Liqvan” pendirinin istehsal prosesində sanitariya normalarına və gigiyena qaydalarına əməl edilmədiyini iddia edərək, izləyiciləri bu pendir əvəzinə Tehranda istehsal olunan “Mihən” pendirini almağa çağırıb.





Fəthi “liqvan” pendiri istehsal edən bütün müəssisələrin lisenziyalı olduğunu bildirərək əlavə edib ki, Kənd Təsərrüfatı Təşkilatının mütəxəssisləri ilə bərabər Təbriz Tibb Universitetinin Qida və Dərman şöbəsi ekspertləri də bu məhsulun istehsal prosesinə tam nəzarət edir.





“Pendir istehsal edən müəssisələrdə İran Səhiyyə Nazirliyinin Qida və Dərman idarəsinin nəzarətçiləri də fəaliyyət göstərir. Nəzarətçilər məhsulun buzxanaya təhvil verilməsinə qədərki bütün istehsal prosesinə nəzarət edirlər,” deyə o vurğulayıb.





Fəthi həmçinin əlavə edib ki: “Liqvan pendir istehsalçıları yeraltı fəaliyyət göstərmir və kifayət qədər şəffaf şərtlərdə çalışırlar. İstənilən şəxs bu məhsulun istehsalının bütün mərhələlərindən görüş keçirə bilər.”





Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı Təşkilatının rəhbəri bu məhsulun Azərbaycan brendi olaraq qeydiyyatdan keçirilməsi ilə bağlı addımlar atıldığını da bildirib.





İran Dövlət Televiziyasında “Liqvan” pendirinə qarşı aparılan təxribatdan sonra Güney Azərbaycan türkləri rejimin təbliğ etdiyi Tehranın “Mihən” pendirini və həmin şirkətin digər məhsullarını boykot edib.





Bildirilir ki, azərbaycanlıların virtual aləmdə “Mihən” məhsullarına qarşı başlatdığı etiraz xarakterli kampaniyası Güney Azərbaycanın müxtəlif şəhərlərində ağartı məhsulları satan mağaza sahiblərinə təsirsiz ötüşməyib. Belə ki, dünəndən başlayaraq ərzaq malları satan mağaza sahibləri “Mihən” məhsullarının satışını dayandıraraq, vətəndaşları yalnız Azərbaycan məhsullarını almağa təşviq ediblər.

Geri dön