Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həbsdə olan güney azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni korpuslara köçürülüb
Həbsdə olan güney azərbaycanlı fəallar Cəfər Rüstəmirad və Yusif Kari yeni korpuslara köçürülüb |
İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Rüstəmirad və Kari mayın 21-də barələrində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıblar.
Cəfər Rüstəmirad ailəsi ilə əlaqə saxlayaraq Evin həbsxanasının 4-cü korpusundan 8-ci korpusuna köçürüldüyünü bildirib. Rüstəmirad 2018-ci ilin iyul ayında “Babək qalası mərasimində iştirak etməsi ehtimal olunduğu” üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində 6 ay həbs cəzasına məhkum edilən fəalın hökmü Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. Fəal həbsxanaya müraciət etdikdən sonra bundan əvvəl çıxarılan 7 aylıq həbs qərarı da icraya qoyulub. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının görüşü zamanı stadionda saxlanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib. Digər milli fəal Yusif Kari də ailəsi ilə əlaqə saxlayaraq Ərdəbil mərkəzi həbsxanasının 16-cı korpusundan təhlükəsizlik İdarəsinə məxsus olan 7-ci korpusa köçürüldüyünü bildirib. Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani də hazırda həmin korpusda saxlanılır. Yusif Kari martın 31-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı. O, 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib. Qeyd edək ki, keçən aylarda koronavirusun İran həbsxanalarında yayılmasının qarşısını almaq məqsədilə məzuniyyətə göndərilən məhbuslar yenidən həbsxanalara qaytarılır. Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallara hələ də məzuniyyət haqqı verilməyib. Geri dön |