Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: “Ukrayna təyyarəsinin qara qutularını deşifrə edilməsi üçün təhvil verə bilərik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Ukrayna təyyarəsinin qara qutularını deşifrə edilməsi üçün təhvil verə bilərik”

İran rəsmisi: “Ukrayna təyyarəsinin qara qutularını deşifrə edilməsi üçün təhvil verə bilərik”


O bildirib ki, İran Ukraynanın sərnişin təyyarəsinin qara qutularını tədqiq etməyə çalışsa da, onları oxumağa və deşirfə etməyə qadir deyil: “Biz, “Sepah”ın hava hücumundan müdafizə qüvvələrinin raketləri ilə vurulmuş Ukrayna təyyarəsinin qara qutularını deşifrə edilməsi üçün müəyyən xarici şirkətlərə təhvil verə bilərik.



Hazırda isə təyyarənin sahibi olan Ukrayna tərəfi ilə ikitərəfli danışıqlarımızı davam etdirir, bu barədə digər ölkələrlə, o cümlədən də Kanada hökuməti ilə müzakirə aparmağa hazırıq.



Bizim Ukrayna və digər ölkələrlə danışıqlarımız əsas iki mövzu ətrafında aparılır. Birincisi, qara qutuların tez bir zamanda təhvil verilməsi və onların deşifrə edilməsi, ikincisi də bizim kimlərinsə bu qara qutulardan sui-istifadə etməyəcəyindən əmin olmağımızdır.



Bizim bu xüsusda xoşagəlməz təcrübələrimiz var. Belə ki, biz keçmişdə buna bənzər hallarda əlimizdə olan məlumatları xarici ölkələrə versək də, onlar həmin məlumatları bizim əleyhimizə dəyişərək ictimaiyyət arasında yayıblar” -deyə, İran xarici işlər nazrinin müavini Möhsün Baharvənd bildirib.



Baharvənd, qara qutuların xarici şirkətlərə və ya hansısa bir ölkəyə konkret nə vaxt təhvil veriləcəyini açıqlamayıb.



Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah” terror təşkilatının atdığı 2 raketlə vurulub. Rəsmi Tehran, təyyarənin vurulduğunu üç gün gizlədib onun texniki nasazlıq üzündən süqut etdiyini bildirsə də, Peykdən çəkilmiş videoların yayılmasından sonra təyyarənin “Sepah” raketləri ilə vurulmasını etiraf etmək məcburiyyətində qalıb.


Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 176 nəfər həyatını itirib.


Təyyarənin guya "səhvən" vurulduğunu iddia edən rəsmi Tehran, Kanada, Ukrayna və Fransanın, eləcə də digər beynəlxalq qurumların dəfələrlə müraciətlərinə baxmayaraq, bu günə qədər müxtəlif bəhanələrlə təyyarənin qara qutularını təhvil verməkdən boyun qaçırır.

Geri dön