Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Pandemiya dövründə Misirdə 47 həkim COVID-19-un qurbanı olub
Pandemiya dövründə Misirdə 47 həkim COVID-19-un qurbanı olub |
Misir Təbiblər Sindikatı bildirib ki, pandemiya dövründə bu ölkədə 47 həkim COVID-19 virusunun qurbanı olub. Baş Nazir Mustafa Mədbuli həyatını itirən həkimlərə şəhid statusunun veriləcəyini bəyan edib.
Misirin Səhiyyə Nazirliyi iyunun 7-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1467 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 34 079 olub. O əlavə edib ki, bazar günü Misirdə daha 39 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1237 nəfərdir. Bundan başqa, karantin xəstəxanalarında müalicə olunan 423 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların sayı 10131 nəfərə çatıb. Geri dön |