Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prokurorluq şirkət rəhbərinin korrupsiya əməllərini ifşa edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Prokurorluq şirkət rəhbərinin korrupsiya əməllərini ifşa edib

Prokurorluq şirkət rəhbərinin korrupsiya əməllərini ifşa edib


Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə olunan səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmin MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 2014-cü il iyulun 24-də “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri olduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Geri dön