Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID-19: İranda hər gün 2 mindən çox yoluxma faktı qeydə alınır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > COVID-19: İranda hər gün 2 mindən çox yoluxma faktı qeydə alınır

COVID-19: İranda hər gün 2 mindən çox yoluxma faktı qeydə alınır


İranda koronavirusa qarşı mübarizə tədbirlərinə baxmayaraq infeksiyanın yayılması davam edir. Hər gün 2 mindən çox adam virusa yoluxaraq xüsusi xəstəxanalara aparılır. Son 24 saat ərzində İranda 2 min 95 nəfər koronavirusa yoluxub, 74 nəfər isə həyatını itirib.

Bu statistik göstəriciləri İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari açıqlayıb. Onun sözlərinə görə, bu günə kimi İranda 175 min 927 nəfər virusa yoluxub, 8 min 425 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 138 min 457 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 639 nəfərin vəziyyəti ağır olaraq qalır.

İran prezidenti Həsən Ruhani televiziya çıxışında bildirib ki, iqtisadiyyatın dirçəlməsi üçün virusun tamamilə çəkilib gedəcəyini gözləmək düzgün deyil. Müəssisə və zavodlar ehtiyat tədbirlərini həyata keçirməklə işlərini tam olaraq bərpa edəcəklər. Ölkədə koronavirusla mübarizə tədbirləri bundan sonra da diqqətdə saxlanılacaq.

Geri dön