Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ermənistanın müdafiə naziri Davit Tonoyan dalana dirənib
Ermənistanın müdafiə naziri Davit Tonoyan dalana dirənib |
Ermənistan müdafiə naziri Davit Tonoyanın “ordu quruculuğu konsepsiyası” başlığı altında səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, bu, onun sonuncu çırpıntılarıdır. Bu zaman belə bir sual yaranır: D.Tonoyanı belə əsassız fikirlər səsləndirməyə, fərziyyələr yürütməyə nə vadar edir? O, Ermənistan ordusunda köklü dəyişikliklərdən və müasir ordunun formalaşmasından danışarkən erməni xalqının ona inanacağınımı düşünür? Məgər Tonoyanın son zamanlar orduda ölüm hallarının artmasından və əsgərlər arasında münasibətlərin tənzimlənməsi üçün “oğru qanunlarının” hökm sürməsindən xəbəri yoxdur? Görünür, D.Tonoyan müasir və inkişaf etmiş ordu quruculuğu anlayışından bəhs edərkən yuxarıda qeyd etdiyimiz amilləri də “nəzərə alıb”.
Bunu açıqlamasında siyasi şərhçi-icmalçı Ehtiram Aşırlı deyib. E.Aşırlı bildirib ki, D.Tonoyanın səsləndirdiyi fikirlər arasında diqqətçəkən amillərdən biri də Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi planlarının, döyüş bacarıqlarının təkmilləşdirilməsinə dair məqamların qeyd olunmasıdır. İşğalçı ölkənin müdafiə nazirinin fikirlərinə cavab olaraq erməni KİV-də partlamış təkərlərlə, nasaz və yararsız halda olan silah və döyüş texnikalarının şəkillərinin dərc edildiyini xatırlatmaq yerinə düşər. Sıradan çıxmış həmin bu texnikalar sonradan təmir edilib, rəngi dəyişdirildikdən sonra D.Tonoyan tərəfindən qürurla yeni texnika adı ilə N.Paşinyana təqdim edildiyini də ayrıca vurğulamaq lazımdır. D.Tonoyanın fəxrlə təqdim etdiyi həmin texnikalar “sözsüz ki, erməni ordusunun döyüş bacarıqlarının təkmilləşdirilməsinə öz müstəsna xidmətlərini göstərəcək”. D.Tonoyanın yeni texniki vasitələrdən, döyüş tapşırığının təşkili üçün təkmilləşdirilmiş sistem və metodlardan fəal istifadə anlayışı əslində ötən əsrin 70-80-ci illərinin hərbi texnikalarını xalqa “sıramaqdan” başqa bir şey deyil. “Görünən odur ki, Ermənistan müdafiə nazirinin “ordu quruculuğu konsepsiyası” adı altında təqdim etdiyi plagiat fikirlər toplusunun arxasına sığınaraq səsləndirdiyi fikirlər tezliklə vəzifəsini itirmək qorxusundan irəli gəlir. Vəzifədən getdikdən sonra fəaliyyəti dövründə korrupsiya yolu ilə topladığı sərvətini qoruyub saxlamaq və başqaları kimi məhkəmə salonlarında, həbsxana yollarında qalmamaq üçün Tonoyan bütün imkanlarını səfərbər edib. Dalana dirənən, yolun sonuna çatan D.Tonoyan artıq növbənin onda olduğunu anlayır və son kartlarını oynamaqla aqibətini cüzi də olsa yüngülləşdirməyə çalışır”, - deyə E.Aşırlı qeyd edib. Geri dön |