Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda 290 yeni koronavirusa yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda 290 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Qərbi Azərbaycanda 290 yeni koronavirusa yoluxma faktı qeydə alınıb


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 7 min 696 nəfərə çatdığını bildirib. Ağazadə əlavə edib ki, infeksiyadan ölənlərin sayı 257 nəfərə çatıb. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 4 min 542 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 184 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 81 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, son 24 saatda 2 nəfərin infeksiyadan dünyasını dəyişdiyini bildirib, lakin Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1273 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 9 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 138 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 1023 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Geri dön