Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə Konqo qızdırması xəstəliyi müşahidə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə Konqo qızdırması xəstəliyi müşahidə olunub

Ərdəbildə Konqo qızdırması xəstəliyi müşahidə olunub


Ərdəbil Tibb Universitetinin xəstəliklər üzrə direktoru Daryuş İmdadi əyalətdə bir nəfərdə Krım-Konqo qızdırması xəstəliyinə yoluxma faktı qeydə alındığını bildirib.





O əlavə edib ki, xəstəliyin erkən müəyyənləşdirilməsi ölüm hallarının qarşısını almaq üçün böyük əhəmiyyət kəsb edir və Səhiyyə Nazirliyinin prioriteti olmalıdır.





Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması əsasən gənə dişləməsi və yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir.





Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır və iyul ayında pik həddə çatır. 2002-ci ildə başlayan epidemiya hələ də davam etməkdədir.





Ərdəbil əyalətinin Baytarlıq İdarəsi neçə gün əvvəl bəyanat yayaraq isti mövsümün başlaması və gənələrin aktivləşməsi səbəbindən Krım-Konqo qızdırması xəstəliyinin yenidən yayılması barədə xəbərdarlıq edib.

Geri dön