Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir

Muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir


Uşaq infeksion xəstəliklərinin qarşısının alınmasında profilaktik peyvəndlər xüsusi yer tutur. Azərbaycan Respublikasının Milli Peyvənd Proqramına uyğun olaraq, bu gün muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, peyvənd təqviminə əsasən 1 yaşa qədər uşaqlara 5 peyvənd edilir. Doğum evində yeni doğulanlara 12 saat ərzində hepatit B-yə, 4-7 gün ərzində poliomielit və vərəm əleyhinə (BSJ) peyvənd vurulur. Yaşadığı ərazi üzrə sahə həkimi tərəfindən 2 aylığından başlayaraq 6 yaşına qədər tam sağlam uşaqlara təqvimə uyğun peyvəndlər aparılır.

İkiaylıq uşaqlara Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almış 5 komponentli vaksin vurulur. Bu vaksin Hib infeksiyasının törətdiyi çox ciddi yoluxucu – pnevmoniya, sepsis, epiqlotit, septisemiya, septikli artrit, osteomielit, abses, perikardit, meningit xəstəliklərinə qarşı immunitet yaradır.

Bir yaşa qədər uşağa 4 dəfə – doğum evində, 2 aylığında, 3 və 4-cü aylarında poliomielit damcısı verilir. Sonra 18 aylığında 5-ci peyvəndi alır. 5 peyvənd alan uşaqda poliomielitə qarşı immunitet yaranır və xəstəliyə yoluxmur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərə təkan verib.

Geri dön