Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı qadağan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı qadağan edib

Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı qadağan edib


Təbriz Yanğınsöndürmə İdarəsinin baş qərargahı bu şəhərin yanğınsöndürmə məntəqələrinə məktub göndərərək rabitə-cihazlarında aparılan bütün danışıqların farsca olmasını əmr edib.
Qeyd edək ki, son illərdə Təbriz bələdiyyə idarəsinin pan-iranist və anti-Azərbaycan fəaliyyətləri dəfələrlə azərbaycanlıların etirazına səbəb olub.





Təbrizin bələdiyyə rəisi İrəc Şəhin Bahirin 2018-ci ildə Təbrizdə yaşamayan və bu vaxta kimi önəmli vəzifələrdə çalışmayan bir kürdü öz müşaviri təyin etməsi yerli mətbuat və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olmuşdu.





Etirazlardan sonra, Şəhin Bahir açıq şəkildə PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənahı istefaya göndərməyə məcbur olmuşdu.

Geri dön