Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi yenidən Xəzərdə yerləşən neft quyularına qarşı iddialar irəli sürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi yenidən Xəzərdə yerləşən neft quyularına qarşı iddialar irəli sürüb

İranlı rəsmi yenidən Xəzərdə yerləşən neft quyularına qarşı iddialar irəli sürüb


O, Həsən Ruhaninin Prezident seçilməsindən sonra "Azərbaycanla müştərək Sərdare-Cəng" adlandırdığı həmin yataqdan yeni Neft naziri Bijən Namdar Zəngənənin göstərişi ilə qazma qurğularının geri qaytarıldığını deyib. Xadiminin sözlərinə görə, bunun səbəbi quyunun çox dərində yerləşməsi və onun işlənməsi üçün texniki vasitələrin mövcud olmaması ilə əlaqələndirilsə də, ölkəsinin bu cür şəraitdə qazma qurğularının və quyunu işləmə potensialının olduğunu bildirib.


Sabiq rəsmi bu halın ölkəsinin quyulara qarşı olan iddiada mövqeyini zəiflətdiyini də qeyd edib.


Əhmədinejad administrasiyası dövründə bu istiqamətdə müzakirələr aparılırdı və XİN rəhbəri Mənüçöhr Müttəki İranın Xəzər sularında sərhəd xəttinin 9% olduğunu bildirirdi. Mən o vaxt qəzetlərə verdiyim müsahibədə bildirmişdim ki, Prezident Azərbaycan tərəfi ilə müzakirə etsə, 20% sərhəd xəttindən azla razılaşmasın. Bu səfər ləğv edildikdən sonra Xəzər məsələsi üzərində işləyənləri çağırdılar və biz də sözümüzü dedik.Biz qeyd etdik ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd təqdim etməlidir. Bildirdik ki, Azərbaycan bizim sərhəd xətti ilə bağlı tələbimizi qəbul etməsə, Sovet İttifaqı ilə İran arasında razılaşdırılmış 50-50- yə olan demarkasiya xətti təqdim edək. Bu sənədə əsasən, biz Azərbaycanı Sovet İttifaqından ayrı, müstəqil ölkə kimi rəsmi olaraq tanımadığımızı, buna görə də prinsipial olaraq 50% tələb etdiyimizi deyə bilərdik. Bu səbəbdən də Sovetin 50 faizlik payı sənəddə nəzərdə tutulmuş onun sabiq üzvləri olan 5 ölkə arasında bölünməli idi, İranın payı deyil", - deyə Hidayətullah Xadimi əlavə edib.



O, daha sonra iki ölkə arasında sözügedən yataq uğrunda yaranmış qarşıdurmaya və "İsrailin hərbi gəmisinin" yataq ərazisinə gətirilməsinə diqqət çəkərək, Azərbaycanın bundan sonra "geri çəkildiyini" iddia edib. Halbuki, Xadiminin sözlərinin əksinə olaraq, həmin məsələ görə İran qırıcıları Azərbaycan sərhəddini pozmasına cavab olaraq "Türk Şahinləri"nin Bakı səmasında uçuşundan sonra rəsmi Tehran geri oturmuşdu.



Xatırladaq ki, sözügedən yataq uğrunda Azərbaycanla İran arasında 2001-ci ildə böyük gərginlik yaşanmışdı. Sovet İttifaqı ilə İran arasında bağlanmış müqaviləyə əsasən, yataq Azərbaycan ərazisinə düşür. Lakin Sovet dağıldıqdan sonra İran bu yataqda pay sahibi olduğunu iddia edir.

Geri dön