Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əsğər Cahangir: “İran zindnlarında saxlanılan 211 min məhbusdan 9000-i “Hepatit C” və QİÇS xəstəliyinə yoluxub”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əsğər Cahangir: “İran zindnlarında saxlanılan 211 min məhbusdan 9000-i “Hepatit C” və QİÇS xəstəliyinə yoluxub”

Əsğər Cahangir: “İran zindnlarında saxlanılan 211 min məhbusdan 9000-i “Hepatit C” və QİÇS xəstəliyinə yoluxub”


O bildirib ki, hazırda İran zindnlarında saxlanılan 211 min məhbusdan 7 mini “Hepatit C”yə, 2 mini isə HİV (QİÇS=AİDS) xəstəliyinə yoluxub: “Həmçinin, ölkə həbsxanalarında saxlanılan məhbusların 38%-i natkotik maddələrin satışı və qaçaqmalçılığında, 30 %-i isə oğurluqda günahlandırılır.



Hazırda isə ölkədə koronavirusun geniş yayıldığını nəzərə alaraq, həmin məhbusların 128 mini müvəqqəti olaraq məzuniyyətə (evə) buraxılıb. Hesab edirəm ki, həmin məhbuslar zindana qayıdandan sonra onlar tam nəzarətdə saxlanmalıdırlar. Çünki vəziyyət belə davam edərsə, biz ölkədə koronavirus xəstəliyinin ikinci dalğası ilə üzləşə bilərik” -deyə, İran Zindanlar Təşkilatının keçmiş rəisi Əsğər Cahangir əlavə edib.



Qeyd edək ki, İranda müxtəlif cinayətlər törətdiklərinə görə həbsxanalarda saxlanılan yalnız adi məhbuslar pandemiya yoluxucu xəstəliyinə görə müvəqqəti olaraq evə buraxılırlar. Siyasi məhbuslar isə buna şamil edilmir.

Geri dön