Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərak şəhərində toy məclisinə qatılan 40-dan çox insan koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərak şəhərində toy məclisinə qatılan 40-dan çox insan koronavirusa yoluxub

Ərak şəhərində toy məclisinə qatılan 40-dan çox insan koronavirusa yoluxub


Bu barədə, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan iyunun 13-də mediaya açıqlamasında məlumat yayıb.



O bildirib ki, yerli əhalinin İran Səhiyyə Nazirliyinin tövsiyələrini yerinə yetirməməsi, xəstəliyi ciddiyə almaması və onların və gigiyena qaydalarına riayət etməməsi Mərkəzi əyalətin müxtəlif bölgələrində “Covid-19” infeksiyasının sürətlə yayılmasına səbəb olub: “Ötən günlər Ərakda keçirilən bir toy məclisinə qatılan 40-dan çox insan koronavirusa yoluxub.


Bu günlər isə biz, Ərak şəhərində tez-tez gəlin maşınlarının hərəkətdə olduğunun şahidi oluruq. Belə ki, insanların yayılan xəstəliyi ciddiyə almaması və toy məclisləri kimi kimi yığıncaqlara qatılması da yerli əhalinin pandemiya xəstəliyinə yoluxmasını sürətləndirir.



Məhz buna görə də hesab edirik ki, vətəndaşlar əhalinin sıx toplaşdığı məkanlardan uzaq gəzməli, öz aralarında məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidirlər.



Hazırda Mərkəzi əyalətdə şadlıq evlərinin fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, təəssüflər olsun ki, insanlar qoyulan məhdudiyyətlərə riayət etmir, toy mərasimlərini evlərdə və ya gizli şəkildə digər məkanlarda keçirirlər. Bu isə əyalətdə xəstəliyin geniş yayılmasına və koronavirusla bağlı vəziyyətin pik nöqtəsinə çatmasına gətirib çıxara bilər” -deyə, Ərak Tibb Universitetinin rektoru Məhəmməd Camaliyan əlavə edib.

Geri dön