Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda yol qəzaları nəticəsində ölənlərin sayı açıqlanıb
Şərqi Azərbaycanda yol qəzaları nəticəsində ölənlərin sayı açıqlanıb |
Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, cari ilin ilk iki ayında (mart 21-may 21) baş verən yol qəzaları nəticəsində 95 nəfər dünyasını dəyişib.
Səfayifərd bildirib ki, bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 129 nəfərdən ibarət idi- 26 faiz azalma göstərir. Onun sözlərinə görə, yol qəzalarında ölənlərin 84-ü kişi, 11-i isə qadın olub. Səfayifərd qeyd edib ki, cari ilin ilk iki ayında 62 nəfər şəhərlər arası, 26 nəfər şəhərdaxili və 3 nəfər Şərqi Azərbaycandan kənar yollarda baş verən qəzalarda dünyasını dəyişib. “Qeyd olunan müddətdə Şərqi Azərbaycan yollarında baş verən yol qəzalarında 1916 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 1497-i kişi, 419-u qadın olub,”deyə Səfayifərd əlavə edib. Bu rəqəm keçən ilin eyni müddəti ilə müqayisədə -hansı ki 2 min 746 nəfərdən ibarət idi- 30 faiz azalma göstərir. Səfayifərd əlavə edib ki, “ordibeheşt ayında (aprel 21-may 21) Şərqi Azərbaycanda 53 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalma göstərir”. Onun verdiyi məlumata görə, ötən il əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib, 4 min 800 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir. Geri dön |