Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İshaq Cahangiri: “İranın neft satışından illik gəliri 100 milyard dollardan 8 milyard dollara düşüb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İshaq Cahangiri: “İranın neft satışından illik gəliri 100 milyard dollardan 8 milyard dollara düşüb”

İshaq Cahangiri: “İranın neft satışından illik gəliri 100 milyard dollardan 8 milyard dollara düşüb”


Cahangiri deyib ki, Amerika Birləşmiş Ştatlarının İranın neft-qaz sektoruna sanksiyalar tətbiq etməsindən sonra ötən mart ayının sonuna qədər ölkənin illik neft gəlirləri kəskin azalaraq, 8 milyard dollara düşüb: “Biz, vaxtilə illik neft satışından 100 milyard dollar gəlir əldə edən bir ölkə idik. Lakin ötən il (mart ayının sonuna qədər- red) bizim neft satışından əldə etdiyimiz maksimum gəlir 8 milyard təşkil edib. Bu isə əlbəttə ki, ölkənin bütün iqtisadi bölmələrinə, həm də hökumətin büdcəsinə öz mənfi təsirini göstərir.



Ölkə əhalisi bilməlidir ki, biz hazırda sanksiyalar və koronavirus problemi ilə üz-üzə qalmışıq. Bu pandemiya xəstəliyi isə özü-özlüyündə dünyanın ən böyük iqtisadiyyatlarında belə qarma-qarışığa səbəb olub. Amerikalılarla avropalıların özləri də etiraf edirlər ki, dünya iqtisadiyyatı son bir əsrdə bugünki qədər böyük bir çətinliklə üzləşməyib” -deyə, İranın birinci vitse-prezidenti İshaq Cahangiri əlavə edib.



Qeyd edək ki, Amerika hökuməti iki il əvvəl İranın neft-qaz sektoruna sanksiya qoyub. Əgər sanksiyalardan əvvəl İranın gündəlik neft ixracatının həcmi 2 milyon 800 min barel idisə, hazırda bu rəqəm 300 min barelə düşüb. Bundan başqa, islam respublikası ilə hər hansı bir bank əlaqələrinə qarşı sanksiyalar tətbiq edildiyinə görə də, İran bir çox hallarda olub-qalan müştərilərinə satdığı neftin pulunu da ala bilmir.

Geri dön