Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycan əhalisinin 8 faizi koronavirus daşıyır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycan əhalisinin 8 faizi koronavirus daşıyır

Şərqi Azərbaycan əhalisinin 8 faizi koronavirus daşıyır


Bu barədə, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. Somi pandemiyanın yayılma sürətinin əyalətdə təhlükəli səviyyəyə çatdığı ilə əlaqədar xəbərdarlıq edib.





Onun sözlərinə görə, statistikalar əyalətdə infeksiyanın yayılmasının davam etdiyini göstərir, lakin bu günə qədər hələ pik həddə çatmayıb.

“Ordibeheşt (aprel 21-may 21) ayının sonlarına doğru xəstəliyə yoluxanların sayında azalma müşahidə olunurdu, lakin son iki həftədə Covid-19 virusuna yoluxanlar və bu xəstəlikdən ölənlərin sayında yenidən artımın şahidiyik,” deyə Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri bildirb.





Somi həmçinin deyib ki, virusun yayılmasının qarşısını almaq üçün əhali fərdi gigiyena və sosial məsafə qaydalarına əməl etməlidirlər.

Geri dön