Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus: 538 nəfər xəstəxanaya yerləşdirilib
Qərbi Azərbaycanda koronavirus: 538 nəfər xəstəxanaya yerləşdirilib |
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə bu rəqəmin pandemiyanın başlanmasından bəri rekord göstərici olduğunu bildirib.
Onun sözlərinə görə xəstəxanada müalicə alanlardan 205 nəfərinin koronavirus testi pozitiv çıxıb. “İnfeksiyaya yoluxanlardan 108 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 41-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib. Ağazadə həmçinin qeyd edib ki, ötən 24 saatda 11 nəfər koronavirus xəstəliyindən dünyasını dəyişib. Beləliklə də Qərbi Azərbaycanda infeksiyadan ölənlərin ümumi sayı 292 nəfərə çatıb. Zəncan əyalətində isə hazırda koronavirusa yoluxan 280 nəfər xəstəxanalarda müalicə alır. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş pandemiyanın yayıldığı gündən etibarən əyalətdə 3 min 562 nəfərin koronavirus testinin pozitiv çıxdığını bildirib. İyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin ümumi sayı barədə yeni rəqəmlər açıqlamayıb. Geri dön |