Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 115 nəfər koronavirusdan ölüb, 2563 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
İranda daha 115 nəfər koronavirusdan ölüb, 2563 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb |
O bildirib ki, İranda son bir gün ərzində daha 115 nəfər koronavirusdan həyatını itirib, 2563 nəfərin də xəstəliyə yoluxması qeydə alınıb: “Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin sayı 9 min 65 nəfərə, infeksiyaya yoluxanların sayı isə 192 min 439 nəfərə çatıb.
Son 24 saat ərzində pandemiya yoluxucu xəstəliyindən sağalıb evə buraxılanların da sayı artaraq, 152 min 675 nəfərə yüksəlib. Təəssüflər olsun ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2815 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib. Sözçü, həmçinin hazırda İranın 10 əyalətində, yəni Şərqi və Qərbi Azərbaycan, Rəzəvi Xorasan, Loristan, Kirmanşah , Gülüstan, Hormozqan, Kürdüstan, eləcə də Sistan-Bəlucistan əyalətlərində koronavirusla bağlı vəziyyətin ağır olduğunu da bildirib. İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9065 nəfərə, yoluxanların sayının isə 192439 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 53 min nəfəri keçdiyini, 1 milyon 250 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər. Geri dön |