Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çin-Hindistan sərhədindəki toqquşmada ölənlərin sayı 20-ə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Çin-Hindistan sərhədindəki toqquşmada ölənlərin sayı 20-ə çatıb

Çin-Hindistan sərhədindəki toqquşmada ölənlərin sayı 20-ə çatıb


Çin ilə Hindistan arasında sərhəd rolunu oynayan nəzarət xəttində ötən gecə baş verən toqquşmada Hindistan tərəfdən ölən hərbçilərin sayı 20-ə çatıb.

"Hindustan Times" qəzeti xəbər verir ki, ölkənin Ladax bölgəsində, Çin ilə sərhəddə iki dövlətin sərhədçiləri arasında 40 günə yaxındır gərgin vəziyyət müşahidə olunur. Altı saat davam edən toqquşma zamanı tərəflər bir-birinə daş və bərk cisimlər tullayıblar. Bu, tərəflər arasında sərhəd zonasında ilk "daş döyüşü" olmasa da, ölümlə nəticələnən ilk bu cür toqquşmadır. Hadisə zamanı Çin tərəfdən də ölənlərin olduğu bildirilir. Hələlik Çin tərəfi ölü və yaralı sayı barədə açıqlama verməyib.

Hindistan tərəfinin ilk açıqlamasında 3 hərbçinin öldüyü bildirilmişdi. Günün sonuna yaxın verilən açıqlamada yüksək dağlıq ərazidə və soyuq hava şəraitində baş verən toqquşmada ağır yaralanan 17 əsgərin də öldüyü qeyd olunub. Açıqlama Qalvan vadisində baş verən toqquşma yerində tərəflərin geri çəkildiyi də qeyd olunur.

Çin tərəfi toqquşmaya görə Hindistanı ittiham edib. Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ənənəvi mətbuat konfransında hind hərbçilərinin sərhəd xəttini iki dəfə keçərək, oradakı Çin heyətinə hücum etdiyini, nəticədə tərəflər arasında fiziki qarşıdurma yarandığını açıqlayıb.

Hindistan XİN isə bu bəyanata cavab olaraq bildirib ki, toqquşmaya səbəb Çin hərbçilərinin tərəflər arasında faktiki sərhəd rolunu oynayan nəzarət xətti barədə razılığı pozub və birtərəfli formada status-kvonu dəyişməyə cəhd edib.

Qeyd edək ki, bu, ərazi mübahisələri səbəbindən iki ölkə arasında faktiki nəzarət xətti boyunca 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşmadır. Hindistan tərəfinin məlumatına əsasən, o vaxt Çin hərbçiləri Hindistan sərhədçilərini pusquya salaraq 4 nəfəri öldürüb.

Geri dön