Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayında rekord artım qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayında rekord artım qeydə alınıb

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayında rekord artım qeydə alınıb


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin verdiyi məlumata əsasən, əyalətdə 564 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Ağazadə əlavə edib ki, son 24 saatda 156 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib.

Onun sözlərinə görə, xəstəxanada müalicə alanlardan 290 nəfərinin koronavirus testi pozitiv çıxıb.





“İnfeksiyaya yoluxanlardan 114 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 42-si ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib.

Ağazadə Qərbi Azərbaycanda infeksiyadan ölənlərin ümumi sayının 314 nəfərə çatdığını bildirib.





Zəncan əyalətində isə hazırda koronavirusa yoluxan 284 nəfər xəstəxanalarda müalicə alır. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1311 nəfərə çatdığını bildirib.

O bir gün öncə pandemiyanın yayıldığı gündən etibarən əyalətdə 3 min 562 nəfərin koronavirus testinin pozitiv çıxdığını demişdi.





Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 144 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1074 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda koronavirusa yoluxan 11 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 91 nəfər xəstəxanalarda müalicə alır, onlardan 31 nəfəri reanimasiya şöbəsindədir.





İyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni rəqəmlər açıqlamayıb.

Geri dön