Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada son sutka ərzində 111 ölüm faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Fransada son sutka ərzində 111 ölüm faktı qeydə alınıb

Fransada son sutka ərzində 111 ölüm faktı qeydə alınıb


Fransada COVID-19 virusundan son 24 saat ərzində 38-i xəstəxanalarda, 73-ü qocalar evlərində olmaqla 111 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransa Baş Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, COVID-19 pandemiyası ümumilikdə 29 min 547 nəfərin həyatına son qoyub. Bunun 19 min 90 nəfəri xəstəxanalarda, 10 min 457-si isə qocalar evlərində baş verib.

Hazırda xəstəxanalarda 10 min 535 koronavirus xəstəsi var ki, onlardan 820-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Son sutka ərzində reanimasiya şöbələrinə 14 yeni xəstə qəbul olunub.

Geri dön