Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da malyariya dərmanının COVID-19-a qarşı istifadəsi qadağan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ABŞ-da malyariya dərmanının COVID-19-a qarşı istifadəsi qadağan edilib

ABŞ-da malyariya dərmanının COVID-19-a qarşı istifadəsi qadağan edilib


ABŞ-ın Qida və Dərmanlara Nəzarət İdarəsi təhlükəsizlik amilini və dərmanın effektivliyini nəzərə alaraq Prezident Donald Trumpın COVID-19-a qarşı mümkün müalicə üsulu kimi irəli sürdüyü iki dərmanın istifadəsi üçün verdiyi icazəni geri götürüb. Dərmanın təcili istifadəsinə icazə bu ilin mart ayında verilib. Tramp pandemiya dövrünün əvvəlində bu dərmanların koronavirusa qarşı potensial silah olduğunu qeyd etmişdi.

Qida və Dərmanlara Nəzarət İdarəsi koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin müalicəsi üçün malyariya əleyhinə olan hidroksixloroxin və xloroxin preparatlarından istifadəyə artıq icazə vermir. Həmin preparatların vaksin hazırlamaq məqsədi ilə kilinik sınaqdan keçirilməsinə də qadağa qoyulub.

İdarənin baş elmi işçisi Denis Hintonun Hinton bildirib ki, bu yaxınlarda keçirilmiş sınaqların nəticələrindən məlum olduğu kimi “həmin iki dərmanın COVID-19-un müalicəsində effektli ola biləcəyi şübhə doğurur”. O, həmin dərmanların qadağan edilməsini, onların ürək nahiyəsində əlavə ciddi fəsadlar yaratması və digər neqativ nəticələrə səbəb olması ilə əlaqələndirib.

Qeyd edək ki, yoluxucu xəstəliklər üzrə ekspert və Ağ Evin koronavirusla mübarizə üzrə hədəf qrupunun üzvü doktor Entoni Fauçi hələ keçən ay bu preparatın koronavirusa qarşı təsirsiz olduğunu söyləmişdi.

Geri dön