Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəallar Əyyub və Davud Şirinin məhkəmələri keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəallar Əyyub və Davud Şirinin məhkəmələri keçiriləcək

Milli fəallar Əyyub və Davud Şirinin məhkəmələri keçiriləcək


Göndərilən çağırış vərəqəsində Əyyub Şirinin iyunun 23-də “ictimai nəzm-intizamı pozmaq” ittihamına baxılması üçün Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsinə müraciət etməsi tələb olunub.





O, həmçinin iyulun 14-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir. Məhkəmədə Əyyub Şirinin “rejimə qarşı təbliğat” və “Gamac təşkilatına üzv olmaq” ittihamlarına baxılacaq. Məhkəmənin sədri Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.





“Rejimə qarşı təbliğat” və “Gamac təşkilatına üzv olmaq”da günahlandırılan Davud Şirinin də məhkəməsi iyunun 24-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçiriləcək.





Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır. 37 yaşlı Davud Şiri isə orta məktəbi bitirib, evlidir və bir övladı var.

Geri dön