Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Hormozqan əyalətində 250-dən çox həkim və tibb bacısı koronavirusa yoluxub
İranın Hormozqan əyalətində 250-dən çox həkim və tibb bacısı koronavirusa yoluxub |
O bildirib ki, Hormozqan əyalətində son bir gün ərzində daha 12 ölüm halının qeydə alınması ilə, ötən bir ay müddətində “Covid-19” infeksiyasından ölənlərin sayı 32 nəfərdən 132 nəfərə yüksəlib: “Bununla da xəstəlikdən həyatını itirənlərin sayı ötən bir ayla müqayisədə dörd dəfə artıb.
Hazırda 44 xəstə xüsusi rejimli xəstəxanalarda müalicə alır və onlardan 22-sinin vəziyyəti son dərəcə ağırdır. Artıq tənəffüs aparatı da xəstəliyə yoluxmuş inanların həyatını qurtarmağa qadir deyil. Belə ki, tənəffüs aparatı altında müalicə alan xəstələrdən 85%-i öz həyatlarını itirirlər. Bundan başqa, təəssüflər olsun ki, Hormozqan əyalətində 250-dən çox həkim və tibb bacısı koronavirusa yoluxub və gecə-gündüz xəstələrin müalicəsi ilə məşğul olan digər həmkarları da həddən artıq yorulublar. Koronavirus infeksiyasının geniş yayılmasına səbəb olan əsas amillərdən biri də toy və yas mərasimləridir. Məhz buna görə də bu kimi mərasimlərin keçirilməsinə qadağa qoyulub. Hesab edirik ki, Hormozqan əyalətinin sakinləri Koronavirusla Mübarizə Qərargahının qoyduğu bu qadağaya riayət etməli, tətil günlərində şəhərlərarası lazımsız səfərlərdən çəkinməlidirlər” -deyə, Hormozqan əyalətinin Tibb Universitetinin rektoru Hüseyn Fərşidi bəyan edib. Geri dön |