Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın xarici borcu 5,1 mlrd ABŞ dollarına çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın xarici borcu 5,1 mlrd ABŞ dollarına çatıb

Azərbaycanın xarici borcu 5,1 mlrd ABŞ dollarına çatıb


Bu, 2012-ci 1 iyul tarixinə olan məlumatdır

“Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2012-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə bank qurumları və digər kredit təşkilatları ilə 10,3 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 5,1 milyard ABŞ dolları olub”.

Davam.Az xəbər verir ki, bu məlumat hökumətin Milli Məclisə təqdim etdiyi 2013-cü il dövlət büdcəsinin zərfində əks olunub. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 7,8 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 543,7 ABŞ dolları olub.

Xarici borcun valyutalar üzrə tərkibi aşağıdakı kimi olub:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüququları) - 18,0 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə -39,2 faiz, avro-27,6 faiz, yapon yeni-12,0 faiz, İslam dinarı-1,2 faiz, BƏƏ dirhəmi-0,8 faiz, Səudiyyə rialı-0,7 faiz, Küveyt dinarı-0,4 faiz, İsveçrə frankı-0,1 faiz.

Ölkəyə cəlb edilmiş kreditlərin 39,5 faizini sabit dərəcə ilə olan kreditlər, 60,5 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

Keçən dövr ərzində imzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 5 faizi 10 ilə qədər olan müddətdə, 48,9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 46,1 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. İmzalanmış kredit sazişləri üzrə alınan vəsaitlərdən 2012-ci ilin 6 ayı ərzində 451,5 milyon ABŞ dolları məbləğində istifadə edilib. Əsas sərfiyyat investisiya yönümlü layihələr üzrə, o cümlədən, elektrik stansiyalarının, yolların, kanalizasiya sistemlərinin tikintisi, su təchizatı, irriqasiya və drenaj işləri və s. üzrə olub. Ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutlmuş qaydada və vaxtında həyata keçirilir. 2012-ci ilin 1 iyul tarixinə dövlətin daxili borcu 2,096.8 milyon manat təşkil edib.

Geri dön