Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > ÜST deksametazondan istifadə edilməklə COVID-19-un müalicəsini “elmi sıçrayış” adlandırıb
ÜST deksametazondan istifadə edilməklə COVID-19-un müalicəsini “elmi sıçrayış” adlandırıb |
Britaniyada aparılmış RECOVERY klinik tədqiqatın nəticələri göstərib ki, yeni COVID-19 koronavirusunun törətdiyi xəstəliyə yoluxmuş pasiyentlər arasında ölüm hallarının azaldılmasına imkan verən deksametazon preparatından istifadə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “elmi sıçrayış” adlandırılıb.
TASS agentliyi xəbər verir ki, ÜST-nin rəsmi nümayəndəsi Fadela Şaib bu məlumatı rəsmən bəyan edib. ÜST-nin baş direktoru Tedros Gebreyesus deyib: “Bu tədqiqatın nəticələri COVID-19-a yoluxmuş pasiyentlər arasında ölüm hallarının azalmasını göstərir. Bu xoş xəbərlər münasibətilə Böyük Britaniya hökumətini, Oksford Universitetini, habelə insanların həyatının xilas edilməsinə töhfələr vermiş çoxsaylı Britaniya xəstəxanalarını təbrik edirəm”. Tədqiqatın rəhbəri, Oksford Universitetinin professoru Piter Horbinin sözlərinə görə, deksametazon COVID-19 yoluxması zamanı sağalma göstəricilərinin yaxışlaşmasını nümayiş etdirən ilk dərman olub. Horbi hesab edir ki, bu preparat dərhal koronavirus infeksiyasına qarşı dünyada istifadə olunan müalicə protokollarına daxil edilməlidir. Geri dön |