Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 120 nəfər koronavirusdan ölüb, 2612 yeni “Covid-19”a yoluxma halı aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 120 nəfər koronavirusdan ölüb, 2612 yeni “Covid-19”a yoluxma halı aşkar edilib

İranda daha 120 nəfər koronavirusdan ölüb, 2612 yeni “Covid-19”a yoluxma halı aşkar edilib


Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, bu gün mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən məlumat yayıb.



Sima Sadat Larinin dediyinə görə, bununla da İranda son bir sutka ərzində koronavirusdan ölənlərin sayı 9 min 185 nəfərə, infeksiyaya yoluxanların sayı isə 195 min 51 nəfərə yüksəlib.



Sözçünün bildirdiyinə görə, son 24 saat ərzində pandemiya yoluxucu xəstəliyindən tam sağalıb evə buraxılanların da sayı artaraq, 154 min 812 nəfərə çatıb.



Bildirilir ki, pandemiya xəstəliyinə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2789 nəfərin vəziyyəti ağırdır.



Hazırda İranın Xuzistan, Şərqi Azərbaycan, Rəzəvi Xorasan, Kirmanşah, Hormozqan və Kürdüstan əyalətlərində koronavirusla bağlı vəziyyətin ağır olduğunu bildirən Sima Sadat Lari, ölkədə bu günə qədər 1 milyon 319 min 920 nəfərdən test nümunələri götürüldüyünü də vurğulayıb.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9185 nəfərə, yoluxanların sayının isə 195051 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 53 min 500 nəfəri keçdiyini, 1 milyon 300 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön