Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev tibb işçilərini təbrik edib - xüsusi şücaət göstərənlərə milli qəhrəman adı verilsin
Fərəc Quliyev tibb işçilərini təbrik edib - xüsusi şücaət göstərənlərə milli qəhrəman adı verilsin |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilə bu sahədə çalışanların ünvanına təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Bütün tibb işçilərini “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından dərin hörmət, sayqı və səmimiyyətlə təbrik edirəm. Peşələri və insanpərvərlikləri ilə bağlı olaraq pandemiya səbəbindən keçirdikləri bu ağır dövrdə bütün tibb işçilərinə can sağlığı, səbr, dözüm və iradə arzulayırıq. Bəşəriyyətin ilk təkallahlıq dini olan və yalnız Türklərə məxsus olan Tenqriçilikdə (Tanrıçılıq) xaqanlar, ozanlar və təbiblər Tanrıya yaxın insanlar hesab edilirdi. Tenqriçiliyin tərkib hissəsindəki türkəçarə adlanan türk tibb sistemi ilə bağlı da bu gün irəli sürülən üç versiyadan biri məhz bununla bağlıdı. Təbiblərin həm də ruhu sağaltma qabiliyyəti bu gün də tibbin fundamental dəyərlərindəndir. Sağlam bədən - sağlam ruh prinsipinin qorunması vacib bir vəhdətdir. Bizim təbibləri fərqləndirən məhz bu amildir. İnsanlara olan şəfqətləri onların peşə adlarına da yansımışdır. Hazırkı pandemiya ilə bağlı olan ağır bir zamanda tibb işçilərimizin fədakarlıqları və bu fədakarlıq nəticəsində əldə etdikləri nəticələr də məhz qeyd etdiyimiz həmin dəyərlər üzərində formalaşmanın nəticəsidir. Hər zaman olduğu kimi yenə də bu çətin peşənin sahibləri nümayiş etdirdikləri qəhrəmanlıq və şəfqətlə yüksək hörmətə layiq olduqlarını sübut etdilər. Əslində pandemiyanın təhdid etdiyi insan faktoru dövlətin milli təhlükəsizlik məsələsi olduğu üçün, bu gün pandemiyaya qarşı mübarəzinən önündə duran tibb işçilərinin fədakarlıq və qəhramanlıqlarına həm də bu aspektdən yanaşmaq lazımdı. Cənab Prezidentin bir qrup tibb işçisini fəxri adlarla təltif etməsi bizi sevindirdi. Biz hesab edirik ki, pandemiya ölkənin milli təhlükəsizliyinə və tərəqqisinə təhdid olduğu üçün, bu təhlükəyə qarşı mübarizə aparanlar ən yüksək fəxri adlarla, hətta xüsusi şücaət göstərənlərin milli qəhtəman fəxri adı ilə təltif olunmaları məqsəduyğundur.” Geri dön |