Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ məsələsində Ermənistan dalana girəndə, bu ölkədə daxili siyasi böhran yaradılır - Parlament deputatı həbs etdirir, jurnalistlər döydürülür...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qarabağ məsələsində Ermənistan dalana girəndə, bu ölkədə daxili siyasi böhran yaradılır - Parlament deputatı həbs etdirir, jurnalistlər döydürülür...

Qarabağ məsələsində Ermənistan dalana girəndə, bu ölkədə daxili siyasi böhran yaradılır - Parlament deputatı həbs etdirir, jurnalistlər döydürülür...


Fərəc Quliyev: “Biz öz gələcək addımlarımızda hərbi özündə ehtiva edəcək siyasət yürütmək barədə də ətraflı düşünməliyik”

Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanın həbsi barədə Baş prokurorun ikinci müraciətini təsdiqləyib. Erməni KİV-nin verdiyi xəbərə görə, o, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir.

Parlamentin iclasında Q.Tsarukyanın deputat toxunulmazlığı da ləğv edilib. Daha əvvəl qanunverici orqan Baş prokuror Artur Davtyanın Q.Tsarukyanın məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A.Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.

Q.Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir.

Partiya sədri ilə bağlı verilən qərara etiraz əlaməti olaraq Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib. Hüquq-mühafizə orqanları narazı kütləyə dağılışmaq əmri verib, tabe olamayanlarla sərt davranılıb. Aksiyanı işıqlandırılan bir neçə jurnalist vəhicəsinə döyülüb. Parlamentin binası qarşısına əlavə polis qüvvələri və suvuran maşınlar cəlb olunub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” Partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar.

Q.Tsarukyan 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, “gizli səsverməni pozmaq”da ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Ölkədəki repressiv addımlara baxmayaraq, nədənsə Qərbin institutları baş verənlərlə bağlı mövqe ortaya qoymur. Əslində bu siyasi gərginliklə bağlı fərqli fikirdə olanlar da var. Bildirilir ki, Ermənistanda siyasi böhranın yaranması təsadüfi deyil.

Meydanlardan dövlət başına gətirilən Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi öz məntiqi sonluğuna yaxınlaşmaqdadır. Narazılıq elə bir həddə çatıb ki, hətta koronavirusun qorxusu belə insanları kütləvi etiraz aksiyalarından çəkindirmir və özünü demokrat elan edən Paşinyan etirazçılara, hətta narazı deputatlara belə polis zorakılığı göstərməkdən çəkinmir. Paşinyan yaxşı bilir ki, onun hakimiyyətinin ömrünə çox qalmayıb. Bunu son vaxtlar ölkədə bir-birinin ardınca verilən istefalar da təsdiqləyir. Ancaq maraqlı məqam budur ki, hər dəfə Qarabağ münaqişəsi ilə bağlı məsələlər son nöqtəyə çatanda, Ermənistan beynəlxalq birlik tərəfindən divara dirənəndə bu ölkədə siyasi böhran yaranır, hakimiyyət dəyişir və beləliklə danışıqlar prosesi yenidən uzadılır.

Ermənistanda baş verənlər təbii prosesdi, yoxsa diqqəti Qarabağ problemindən yayındırıb, vaxt udmaq üçün qurulan ssenaridir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa təsisatları bu cür məsələlərdə hər zaman seleksiya siyasəti aparıblar:“Onlar Ermənistana hər zaman özlərinin şuluqçu övladları kimi yanaşıblar. Bu yanaşma yalnız Ermənistanın daxili siyasətilə bağlı müşahidə edilməyib. Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərində kütləvi qırğın silahlarının komponentlərini basdırdanda da biz eyni mövqeyi görmüşük. Azərbaycan ərazilərindən narkotik plantasiyaları salınması və tranziti üçün istifadə edirlər, buna əhəmiyyət verən yoxdur. Ermənistandakı daxili ziddiyyətlər çox vaxt daxili erməni oyunu kimi qurulur. Buna qəti şübhə ola bilməz. Ümumerməni məqsədlərinə təhdid hiss edildiyi anda dərhal oyunçuları dəyişmək əmri verilir. Bu yaxınlarda Paşinyan gedib Levon Ter-Petrosyanla görüşdü. Vaxtilə həmin eks-prezident də eyni ssenari ilə hakimiyyətdən uzaqlaşdırılmışdı. Son zamanlar Avropa Parlamentinin Ermənistanla bağlı üç komponenti özündə ehtiva edən kəskin qərarı verməsi, Azərbaycanın diplomatiya sahəsində atdığı konkret addımlar, eyni zamanda Müdafiə Nazirliyinin də sərt güc dilində danışması onları qorxuya sala bilər. Çox güman, məhz bu kontekstdə hansısa dəyişikliyi etməyi düşünürlər ki, yenə sıfır variantından başlasınlar. Onlar belə praktikanı bir neçə dəfə sınaqdan çıxarıblar. Digər amil isə Ermənistanın xarici siyasət kursunu dəqiq müəyyən etməməsilə bağlıdır. Görünür, Rusiyameylli qüvvələr Paşinyanı devirmək planı üzrə hərəkətə keçib. Biz bu situasiyadan istifadə edib Qarabağ probleminin nizama salınması ilə bağlı ciddi addımlar atmalıyıq. Beynəlxalq aləmi Ermənistandakı qanunsuzluqlara reaksiya verməyə vadar etməliyik. Biz öz gələcək addımlarımızda hərbi özündə ehtiva edəcək siyasət yürütmək barədə də ətraflı düşünməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Geri dön