Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda 618 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Qərbi Azərbaycanda 618 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib |
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 200 nəfərinin koronavirus testi pozitiv çıxıb.
“İnfeksiyaya yoluxanlardan 116 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 39-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib. Ağazadə əlavə edib ki, son 24 saatda 66 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib. Dünən Qərbi Azərbaycan əyalətində koronavirusdan ölənlərin sayında rekord artım müşahidə olundu. Belə ki, bir gündə 15 nəfər koronavirusdan dünyasını dəyişdi. Zəncan əyalətində isə hazırda koronavirusa yoluxan 288 nəfər xəstəxanalarda müalicə alır. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1330 nəfərə çatdığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 144 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1078 nəfərinin tam sağaldığını bildirib. Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda koronavirusa yoluxan 12 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 87 nəfər xəstəxanalarda müalicə alır, onlardan 28 nəfəri reanimasiya şöbəsindədir. İyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni rəqəmlər açıqlamayıb. Geri dön |