Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerikanın Əsəd rejimi, İran, Rusiya və digər hamilərinə qarşı yeni sanksiyaları qüvvəyə minir
Amerikanın Əsəd rejimi, İran, Rusiya və digər hamilərinə qarşı yeni sanksiyaları qüvvəyə minir |
Yeni embarqolar Suriyanın böyük hissəsini öz nəzarətinə alan Bəşər Əsəd rejimi, habelə onun İran, Rusiya və Hizbullah kimi müttəfiqlərinin maddi mənfəət əldə etmələlərinin qarşısını almaq məqsədi güdür.
ABŞ və Avropa İttifaqı əvvəllər də rəsmi Dəməşqə qarşı sanksiyalar qəbul ediblər. Lakin bu dəfə Vaşinqton sanksiya siyahısını Bəşər Əsədlə ticari əlaqələr qurmaq istəyən fiziki və hüquqi şəxslərə qədər uzatmağı hədəfləyib. Yeni sanksiyalar 2014-cu ildə Əsəd rejiminin həbsxanalarında insanların işgəncə edilməsi və qətlə yetirilməsinə dair minlərlə fotonu ölkə xaricinə çıxaran fotoqrafın kod adına uyğun olaraq, "Sezar Aktı" adlandırılıb. Sanksiyalar Əsəd rejimi ilə yanaşı, müddəaları pozulduğu təqdirdə, İran, Rusiya, Çin,Livan Hizbullahı, Livan, İraq, İordaniya və digər Suriya rejimi ilə əlaqələrini genişləndirmək niyyəti olan digər bu kimi region ölkələrinə qarşı da tətbiq edilə bilər. ABŞ-ın BMT yanındakı səfiri Kelli Kraft sanksiyalara bildirdiyi münasibətdə Əsəd hökumətinin BMT-nin istədiyi formada danışıqlar aparmaqla birlikdə Təhlükəsizlik Şurasının atəşkəs çağırışına müsbət cavab verməsi, demokratik seçkilər keçirməsi və siyasi keçid yolunu təmin etməsinin zərurətini bir daha vurğulayıb. ABŞ-ın Senatorlar Palatası dekabr ayında bu ölkənin müdafiə büdcəsini təsdiqləyəndə suriyalı sivillərin etirazlarını yatıran zaman onları qətliam etdikləri üçün Əsəd rejimi, İran və Rusiyaya qarşı sanksiyaların qəbul edilməsinə icazə vermişdi. O əsnada "Sezar Aktı" da müdafiə xərclərinə əlavə edilmişdi. Bu aktla ABŞ hökuməti Əsəd rejiminə maliyyə, eləcə də məhsul və texnoloji avadanlıqlarla yardım göstərən İran və Rusiya kimi ölkələrlə yanaşı, müxtəlif şəxslər və qruplara qarşı sanksiya tətbiq edə biləcək. Yeni sanksiyaların ağır iqtisadi vəziyyətdə olan Əsəd rejimini daha da acınacaqlı vəziyyətə salacağı gözlənilir. Rusiya və Çin rəsmi olaraq sanksiyalara bildirdikləri münasibətdə bu addımı kəskin pisləyiblər. Digər tərəfdən, analitiklər "Sezar Aktı"nın bu günə qədər Suriyaya qarşı qəbul edilmiş ən sərt sanksiya və müharibəyə ən yaxın vəziyyət kimi dəyərləndirirlər. Geri dön |