Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbilli həkim koronavirusdan dünyasını dəyişib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbilli həkim koronavirusdan dünyasını dəyişib

Ərdəbilli həkim koronavirusdan dünyasını dəyişib


Mikayıl Purməhəbbət 31 saylı "Aşura" qoşununun tibb məntəqəsinin müdir müavini və "İmam Rza" poliklinakasının həkimi idi.


İyunun 14-də Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbərinin fermer təsərrüfatlarında səmərəliliyin artırılması üzrə müavini Həbib Şərifiyan də COVİD-19 infeksiyasından ölmüşdü.


Ondan öncə isə Azərşəhr rayonunun "Şəhid Mədəni" xəstəxanasının baş həkimi Mirabbas Haşiminin koronavirusdan ölməsi barədə məlumatlar yayılmışdı.


Aprel ayında Təbriz Tibb Elmləri İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmaləddin Hüseyni Şərqi Azərbaycan əyalətinin tibbi personalı içərisində 90 nəfərdən çox insanın koronavirusa yoluxduğunu bəyan etmişdi.

Geri dön