Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə daha 73 həkim COVID-19-un qurbanı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Misirdə daha 73 həkim COVID-19-un qurbanı olub

Misirdə daha 73 həkim COVID-19-un qurbanı olub


Misirdə pandemiya dövründə 73 həkim yeni növ koronavirusun qurbanı olub. Bu barədə Təbiblər Həmkarlar İttifaqları məlumat yayıb. Məlumatdan qeyd olunur ki, ölkədə COVID-19-a yoluxan həkimlərin ümumi sayı 430 nəfərə çatıb.

Misirin Səhiyyə Nazirliyi iyunun 18-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, son sutkada bu ölkədə daha 88 pasiyent COVID-19-un qurbanı olub, həyatını itirənlərin ümumi sayı isə 1938 nəfərə çatıb. Bundan başqa, son sutka ərzində koronavirusa 1218 yoluxma qeydə alınıb. Ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların ümumi sayı 50 min nəfərdən çoxdur.

Həmçinin son 24 saat ərzində Misirin karantin xəstəxanalarında saxlanılan 387 pasiyent sağalıb və beləliklə, xəstəlikdən şəfa tapanların ümumi sayı 13 min 508 nəfər olub.

Geri dön