Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Hormozqan əyalətində 10 yaşlı qız uşağı koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Hormozqan əyalətində 10 yaşlı qız uşağı koronavirusdan ölüb

İranın Hormozqan əyalətində 10 yaşlı qız uşağı koronavirusdan ölüb


Hormozqanda daha 8 nəfərin pandemiya yoluxucu xəstəliyindən həyatını itirdiyini bildirən Fatimə Novruziyan, ölənlər arasında azyaşlı bir uşağın da olduğunu bildirib: “Təəssüflər olsun ki, koronavirusdan həyatını itirənlər arasında Bəndər Abbas şəhər sakini olan 10 yaşlı bir qız uşağı da var.



Xəstəlikdən ölənlərin yaş həddinə gəldikdə, onların ən kiçiyinin 10, ən yaşlısının isə 83 yaşı var. Bununla da indiyə qədər Hormozqan əyalətində “Covid-19” infeksiyasından ölənlərin sayı artaraq 155 nəfərə yüksəlib” -deyə, Hormozqan əyalətinin Tibb Universitetinin ictimai əlaqələr şöbəsinin rəhbəri Fatimə Novruziyan bəyan edib.



Novruziyan həmçinin ailələrin gigiyena qaydalarına riayət etməsini vacib sayaraq, valideynləri azyaşlı uşaqlarını koronavirusdan qorumağa çağırıq.

Geri dön