Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirus təhlükəsinə baxmayaraq Təbrizdə cümə namazı Keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Koronavirus təhlükəsinə baxmayaraq Təbrizdə cümə namazı Keçirilir

Koronavirus təhlükəsinə baxmayaraq Təbrizdə cümə namazı Keçirilir


Bu barədə Təbriz Tibb Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Qrupunun rəisi Simin Xəyyatzadə məlumat verib. Xəyyatzadə bu qərarın iki həftə öncə təhlükənin daha az olduğu vaxtda alındığını bildirib.





O, namazda iştirak edənləri sosial məsafəni riayət etməyə, tibbi maska taxmağa çağırıb.





Xəyyatzadə son günlərdə Şərqi Azərbaycanda koronavirus infeksiyasının qurbanlarının sayının artdığını da bildirib.

“İki həftə əvvələ qədər Şərqi Azərbaycanda koronavirusun yayılması xəbərdarlıq səviyyəsində (sarı) idi, lakin təəssüflə hazırda qırmızı səviyyəyə çatıb,” deyə o əlavə edib.





Əyalətdə orta hesabla götürülən koronavirus təstlərinin 30 faizinin pozitiv çıxdığını deyən rəsmi əlavə edib ki, Şərqi Azərbaycanda koronavirusa yoluxanlardan 4 faizi dünyasını dəyişir.



O, həmçinin qeyd edib ki, son günlərdə koronavirusa yoluxanların, eləcə də xəstəlikdən ölənlərin sayında artım müşahidə olunur. Xəyyatzadənin sözlərinə görə, infeksiya qurbanlarının arasında gənclər də var.





Qeyd edək ki, iyunun 17-də Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi Təbriz şəhərində koronavirusla bağlı məhdudiyyətlərin yenidən tətbiq edilməyə başlanıldığını, şəhər daxilində sərnişin daşıyan avtobusların fəaliyyətinin dayandırıldığını bildirmişdi.

İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.

Geri dön