Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalxalda yas mərasiminə qatılan kənd əhalisi koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xalxalda yas mərasiminə qatılan kənd əhalisi koronavirusa yoluxub

Xalxalda yas mərasiminə qatılan kənd əhalisi koronavirusa yoluxub


Bu barədə, Xalxal Tibb Universitetinin rəisi Səccad Rəhimi məlumat verib. Onun sözlərinə görə, Xalxal şəhərinin 2 kilometrliyində yerləşəm kəndin əhalisinin bir çoxunun koronavirus testi pozitiv çıxıb.





Rəhimi əlavə edib ki, kənd sakinləri koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə müəyyənləşdirilmiş profilaktik qaydalara əməl etməyib və meyiti mərasim üçün mənzilə aparıb.

“Təəssüflə sahəsi kiçik olan mənzildə çox sayda sakinin toplaşması kənd əhalisinin bir çoxunun koronavirus testinin pozitiv çıxması ilə nəticələnib,” deyə rəsmi bildirib.





Xalxal Tibb Universitetinin rəisi həmçinin qeyd edib ki, bu vilayətdə koronavirus infeksiyasına yoluxanların sayı sürətlə artmaqdadır: “Xalxal xəstəxanasına müraciət edənlərin 40 faizinin koronavirus testi pozitiv çıxır. Bu isə infeksiyanın bu şəhərdə təhlükəli şəkildə yayılmasını göstərir.”





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.

Geri dön