Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda cinsi yolla AIDS-ə yoluxanların sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sağlıq > İranda cinsi yolla AIDS-ə yoluxanların sayı artıb

İranda cinsi yolla AIDS-ə yoluxanların sayı artıb


İranda cinsi yolla QİÇS -ə (AIDS) yoluxma halları artıb. Ölkədə 24 minə yaxın QIÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır, lakin qeydiyyata düşməyənlərin sayı 70 min nəfərdən çoxdur. Bu sözləri İranın Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə idarəsinin rəisi Abbas Sədaqət bu gün Tehranda Beynəlxalq QİÇS Konqresində çıxışı zamanı deyib.

Sədaqət bildirib ki, cinsi yolla QİÇS-ə yoluxmanın səviyyəsi bundan öncə 7 faiz təşkil edirdisə, indi bu rəqəm 10 faizə qədər artıb.

İran KİV-inin (kütləvi informasiya vasitələri) məlumatına görə, ölkədə QİÇS-ə yoluxanların 69 faizi bu virusa narkotik maddələri (müxəddir maddələri) iynə vasitəsilə qəbul etməklə yoluxublar.

Məlumata əsasən, QİÇS-ə yoluxanlar əsasən 25-34 yaşlı gənclərdir.

İranın AİDS-lə Mübarizə Komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması barədə xəbərdarlıq edib. Komitənin məlumatına görə, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 24 minə yaxını qeydiyyata alınıb.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə İİV-ə yoluxanların sayı kəskin artıb.

Geri dön