Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəal “ictimai asayişi pozmaq” ittihamından bəraət qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal “ictimai asayişi pozmaq” ittihamından bəraət qazanıb

Güney azərbaycanlı milli fəal “ictimai asayişi pozmaq” ittihamından bəraət qazanıb


Tələbə hərəkatının fəal iştirakçılarından olan Bərzgərin məhkəməsi iyunun 9-da keçirilib.

Bərzgər 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.





Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi İran Cəza Qanunun 4-cü maddəsi, İran İslam Respublikası konstitusiyasının 37-ci maddəsi, eləcə də İslam Cəza Qanununun 120-ci və 144-cü maddələrinə istinadən Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verib.





Həmçinin “Rejimə qarşı təbliğat aparmaq” və “qanunsuz Gamac təşkilatına üzv olmaq”da ittiham olunan Bərzgərin digər məhkəməsi də iyunun 9-da Təbrizdə İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilib. Məhkəməyə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.

Məlumata əsasən, Həmlbər hələlik Bərzgərə qarşı qaldırılan digər iki ittihamla bağlı qərar çıxarmayıb.





Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Geri dön