Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monte Melkonyanı kim öldürüb? – dəqiq cavab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Monte Melkonyanı kim öldürüb? – dəqiq cavab

Monte Melkonyanı kim öldürüb? – dəqiq cavab


Erməni terrorçu Monte Melkonyanı kimin öldürdüyü barədə qalmaqal yaranıb.

Davam.Az xəbər verir son günlər 19 il bundan baş verən hadisə ətrafında müzakirələr yenidən qızışıb.

Müzakirələrin əsas mövzusu isə məşhur erməni terrorçunun İbad Hüseynov tərəfindən ölüdürülüb-öldürülməməsi olub.

Uzun illər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəhbərlik edən, hazırda istefada olan keçmiş general Talıb Məmmədov Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv edildiyini söyləyib.

Biz də məsələni dəqiqləşdirmək və son nöqtəni qoymaq üçün İbad Hüseynovun komandiri olmuş Məmməd Qədirovla əlaqə saxladıq.

Qədirovun sözlərinə görə Melkonyanın Mərzilidə öldürülməsi düzgün xəbər deyil. Çünki iyun ayında Mərzili Azərbaycanın nəzarətində olduğu üçün Melkonyanın ora gəlib çıxması və orada öldürülməsi mümkün deyildi.

“Bu hadisəni şişirtməyə ehtiyac yoxdur. Camaat elə bilir ki, İbad Hüseynov bir dəfə döyüşə gedib, Monte Melkonyanı öldürüb və bununla da bitib. Xeyr, bu belə deyil. İbad 91-ci ilin axırından bölgədə olub. 1993-cü ilə kimi mən onun komandiri olmuşam. Əslində Melkonyanın ölümü ilə bağlı son açıqlamalar ermənilərə sərf edir. Bu hadisənin təfərrüatı isə belədir.

Bir dəfə batalyon komandirlərindən biri deyib ki, biz Melkonyanı iyul ayında Mərzili döyüşündə öldürmüşük. Sonradan ona deyiblər o iyun ayında öldürülüb. Komandir də qayıdıb deyib ki, çaşdım iyul ayı dedim. Amma bu açıqlama ermənilərə sərf etdiyindən onlar da götürüb geninə-boluna yazıblar ki, nə yaxşı ki, Melkonyan döyüş zamanı ölüb” – deyə, M.Qədirovun mübahisələrin hansı səbəbdən yarandığına işarə vurub.

Sözünə davam edən keçmiş komandir hadisə zamanı Melkonyanın üzərindən çıxan əşyaları və başını özünün və MTN-nin nümayəndələrinin də gördüyünü bildirdi.

“Həmin vaxta aid sənədlərdə sübut olunub ki, Monte Melkonyan iyunun 12-də Muğanlı kəndi yaxınlığında İbad Hüseynov tərəfindən öldürülüb. Sözün düzü İbad Hüseynov özü bu söhbətlərin müzakirə edilməsini sevmir. Çünki Melkonyanın öldürülməsinin onun üçün adi bir tapşırıqdan fərqi olmayıb.

İndi İbad kimlərinsə xoşuna gəlmirsə qoy elə olsun. Müəyyən qüvvələr var ki, hər şeydən öz xeyrinə istifadə etməyə çalışır. Qarşıdan da seçkilər gəlir, həmin qüvvələr də aktivləşməyə başlayıb. Amma hamı bilsin ki, İbadın adına ləkə yaxmaq mümkün deyil. Bunlar boş iddiadan başqa bir şey deyil”.

Talıb Məmmədovun açıqlamalarına da münasibət bildirən Qədirov onun belə sözləri dediyinə inanmadığını söuləyib.

“Biz onunla uzun müddət bir yerdə çalışmışıq, onu həmişə yaxşı general kimi tanımışıq. Sonradan nə baş verdiyini isə mən deyə bilmərəm. Bu barədə Talıb Məmmədovla da görüşüləcək. Dəqiq öyrənmək lazımdır ki, bu sözləri özü deyib, yoxsa onun adından yazıblar? Lap tutaq ki, o özü deyib, deməli onun informasiyasında hadisə belə yadda qalıb. Lakin MTN-də sübut olunmuş faktlar var ki, bunu danmaq olmaz”.

Fərid Ədalət

Geri dön