Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təkabın yerli olmayan bələdiyyə sədri türkcə yer adını təhrif edib
Təkabın yerli olmayan bələdiyyə sədri türkcə yer adını təhrif edib |
Məlumata əsasən, Məhəmmədxani radikal kürd qruplaşmalarının tələbi istiqamətində bu məkanla bağlı yeni qeydlərində “Böyüktəpə” deyil, təkcə “Təpə” yazıb. Bu məsələ yerli əhalinin narazılığına səbəb olub.
Məhəmmədxani 2019-cu ilin may ayına qədər doğulduğu Divandərə şəhərində bələdiyyə sədri olmuş, daha sonra istefa vermişdi. Regionda fəaliyyət göstərən terrorçu kürd təşkilatları ilə sıx əlaqəsi olan Məhəmmədxani onlar tərəfindən istiqamətləndirilir. Onun Tikantəpənin bələdiyyə başçısı təyin edilməsindən sonra şəhərdə yerli türklərlə mühacir kürdlər arasında gərginliklər artmaqdadır. keçən il dekabrın 20-də Məhəmmədxaninin tərəfdarları olan kürdlərlə yerli türk əhali arasında qarşıdurma yaşanmış, nəticədə 116 nəfər polis tərəfindən saxlanmışdı. Məhəmmədxani ötən ilin oktyabr ayında içərisində Pejak terror təşkilatının simvolları əks edilmiş dəf musiqi alətinin simvolunu hazırladıb, şəhərin Şərifabad küçəsində asdırmışdı. Şəhər əhalisinin etirazından sonra Pejak elementləri oradan çıxarılmışdı. O, həmçinin 2019-cu ilin dekabr ayında şəhərin Millət Bağı bölgəsində uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında PKK terror təşkilatının bayrağını çəkdirmişdi. Qərbi Azərbaycan Əyalətində uzun illərdir ki, kürdləşdirmə prosesi həyata keçirilir. İran rejimi bölgənin demoqrafik tərkibini dəyişdirmək məqsədi ilə müxtəlif yollarla radikal kürdlərə dəstək verir. Bu məsələ hər zaman güney azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb. Geri dön |