Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı milli fəal məhkəməyə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli fəal məhkəməyə çağırılıb


Göndərilən çağırış vərəqəsinə əsasən Xakpur iyunun 22-də Təbriz vaxtı ilə saat 10:00-da Kəleybər Ədliyyə İdarəsinin İnqilab Məhkəməsi Şöbəsinə müraciət etməlidir.





Bundan əvvəl Ərdəbil İnqilab Məhkəməsi də Xakpuru çağırmışdı. Lakin İran Ali Məhkəməsinin qərarına əsasən, “sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunan milli fəalın işinə Kəleybər məhkəməsi baxacaq.





Məhəmməd Xakpur 2018-ci ildə iyulun 5-də Babək qalası mərasimi zamanı yaxalanaraq Əhər şəhərinin təcridxanasına aparılıb, 3 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə onunla birlikdə yaxalanan digər fəallar kimi təhlükəsizlik qüvvələri tərəfindən döyülərək işgəncələrə məruz qalıb.

2018-ci ilin İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanılmışdı.





Həmin vaxt Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb etmişdi. Bəyanatda sözügedən mərasimlərdə 120 fəalın saxlandığı bildirilmişdi.





Xakpur daha əvvəl də azərbaycanlıların demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Geri dön