Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda daha 2 tibb işçisi koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda daha 2 tibb işçisi koronavirusdan ölüb

Güney Azərbaycanda daha 2 tibb işçisi koronavirusdan ölüb


Məlumata əsasən, Təbrizin “Mədəni” xəstəxanasında çalışan tibb bacısı Fərəhnisə Fəthipur xəstəliklə bir ay mübarizə apardıqdan sonra iyunun 20-də həyatını itirib.





“İSNA” xəbər agentliyinin verdiyi məlumata görə, həmin xəstəxananın əməkdaşlarının bir çoxu koronavirusa yoluxub.





Həmçinin iyunun 21-də Qərbi Azərbaycanın Tikantəpə (Təkab) şəhərində yerləşən “Şühəda” xəstəxanasının əməkdaşı Mustafa Novruzi koronavirusdan ölüb.





Daha öncə iki təbrizli həkim, o cümlədən, Tufarqan (Azərşəhr) şəhərinin “Mədəni” xəstəxanasının rəisi Mir Abbas Haşimi, həmçinin Ərdəbilin “İmam Rza” xəstəxanasının həkimi “Mikayıl Purməhəbbət” koronavirusdan vəfat ediblər.





Aprel ayında Təbriz Tibb Universitetinin mətbuat katibi Camaləddin Hüseyni Şərqi Azərbaycanda 90 nəfər tibb işçisinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirmişdi.

Geri dön