Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə parlamentində “Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlığı və İcra Planı”nın təsdiqlənməsi məsələsi qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Türkiyə parlamentində “Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlığı və İcra Planı”nın təsdiqlənməsi məsələsi qaldırılıb

Türkiyə parlamentində “Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlığı və İcra Planı”nın təsdiqlənməsi məsələsi qaldırılıb


Türkiyə Böyük Millət Məclisinin (TBMM) oktyabrın 27-də keçirilən iclasında “Türkiyə-Azərbaycan uzunmüddətli iqtisadi və ticari əməkdaşlığı və İcra Planı”nın təsdiqlənməsi məsələsi qaldırılıb. Məsələ Milliyyətçi Hərəkat Partiyası (MHP) İğdır millət vəkili Sinan Oğan tərəfindən gündəmə gətirilib. S. Oğan bildirib ki, imkan yaradılarsa, başda Azərbaycan olmaqla bütün türkdilli ölkələrdən sərmayələr Türkiyəyə cəlb oluna bilər.

İki ölkə arasında sözügedən müqavilənin 4 il əvvəl imzalandığını deyən S. Oğan bu sənədin TBMM-in gündəminə gətirilməsini vacib sayıb: “Azərbaycana baxışınızda sıxıntımı var? Bir anlaşma 4 ildə Məclisə təqdim olunmursa, burada bir sıxıntı var deməkdir”.

S. Oğan çıxışında İraqla 2009-cu ildə imzalanmış terrorla birgə mübarizə müqaviləsinin hələ də gündəmdə olmadığını, lakin Ermənistanla imzalanmış müqavilənin tez bir zamanda TBMM-yə çıxarıldığına diqqət yönəldib. O, Türkiyə sərhədinin 16 kilometrliyində yerləşən və köhnə texnologiyalarla çalışan Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasını dünyanın ən təhlükəli AES-i adlandırıb: “Əgər Vandakı zəlzələ İğdırda baş verərsə, bölgədə bir nəfərin belə xilas olmaq şansı yoxdur. Oradakı radioaktiv sızmalara görə uçqunlar arasında insan axtarışı mümkün olmaz. Bu stansiyanın bağlanması üçün başqa ölkələr tərəfindən fəaliyyətlər həyata keçirilir. Tək Türkiyədən başqa. İğdırda hər ailədə xərçəng xəstəsi var. Bölgə böyük fəlakətə doğru getməkdədir. Buna dur deyin”.

Geri dön